...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2011 15:34 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,000 2 bənd (0,02 faiz) ucuzlaşıb.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 30 aprel/Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,000 2 bənd (0,02 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 0,79148 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

18 aprel

0,7917

25 aprel

0,7915

19 aprel

0,7918

26 aprel

0,7915

20 aprel

0,7918

27 aprel

0,7914

21 aprel

0,7917

28 aprel

0,7914

22 aprel

0,7917

29 aprel

0,7916

Həftə ərzində orta

0,79174

Həftə ərzində orta

0,79148

2011-ci il yanvarın 1-dən Mərkəzi Bankın dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləmə siyasətinə keçidindən sonra milli valyutanın məzənnəsi sabitləşib. Makroiqtisadi analizlər göstərir ki, cari şəraitdə dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləməsi Mərkəzi Bankın məqsədləri, xüsusilə də inflyasiyanın səviyyəsinə təsikr göstərmək məqsədilə nisbətən daha çox razılaşdırılıb. Kommunikasiyalar nöqteyi-nəzərindən, bu mexanizm nəinki sərfəlidir, bu, həm də uzunmüddətli perspektivdə AMB-yə sərbəst üzən məzənnə rejiminə keçməyə imkan verəcək.

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti 0,000 1 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dolları üçün 0,79004 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 25-də 0,7901 AZN/USD məzənnə ilə $5,62 milyon, aprelin 26-da 0,7901 AZN/USD məzənnə ilə $4,577 mln., aprelin 27-də 0,79 AZN/USD məzənnə ilə $8,801 mln., aprelin 28-də 0,79 AZN/USD məzənnə $2,863 mln., aprelin 29-da 0,79 AZN/USD məzənnə ilə $1,216 3 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

18 aprel

0,7913

25 aprel

0,7901

19 aprel

0,7904

26 aprel

0,7901

20 aprel

0,7904

27 aprel

0,7900

21 aprel

0,7903

28 aprel

0,7900

22 aprel

0,7903

29 aprel

0,7900

Həftə ərzində orta

0,79054

Həftə ərzində orta

0,79004

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb. Aprelin 27-də Т+0 aləti (ödəniş həmin gün) üzrə BEST-də EUR/AZN ilə bir avro üçün 1,1622 manat məzənnə ilə 900 min sövdələşmə bağlanılıb.

Xəbər lenti

Xəbər lenti