Azərbaycan, Bakı, 5 may /Trend/
Artıq 8 il ərzində "Western Union"un rəsmi nümayəndəsi olan Azərbaycan bankı "Parabank" "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniyaya start verib. Trend-in məlumatına görə, bu barədə bankdan bildirilib.
"Parabank"la birgə kampaniyada tərəfdaş qismində çıxış edən "DəmirBank", "Expressbank", "Bank Silk Way", "GünayBank" və ASB bank iştirak edir.
Bu kampaniya "Western Union" sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Bu cür milli kampaniya 5 il ərzində Moldovada, 2010-cu ildə Gurcüstanda və ilk dəfədir ki, Azərbaycanda keçirilir.
Kampaniya çərçivəsində bütün Azərbaycan ərazisində insanların sıx toplandığı yerdə müxtəlif növ promo-aksiyaların keçirilməsi və televiziyada, avtobus dayanacaqlarında və metroda reklamın yayımlanması nəzərdə tutulub.
Kampaniya müddətində "Western Union" xidmətlərindən birinci dəfə pul göndərən və yaxud alan müştəri 2 ədəd kupon əldə edəcək.
1 nömrəli kupon xoşbəxt kupon oyununda iştrak edəcək. 2 nömrəli kuponun üzərinə 2 möhür vurulduqdan sonra, müştəri doldurulmuş kuponu bank operatoruna təhvil verib ilk hədiyyəni ala bilər və ya möhürlərin sayını 5-ə çatdıraraq daha dəyərli hədiyyələr qazana bilər. Həmçinin müştəri mümkün qədər çox müştəri cəlb etməklə daha 1 möhür toplaya bilər.
Kampaniyada iştrak edən müştərilər dəyərli hədiyyələr qazanmaqla yanaşı, lotoreyada iştrak edərək 10X1000 AZN məbləğində pul mükafatı qazanmaq şansı da əldə edəcəklər.
Kampaniya 15 aprel-15 iyul 2011-ci il tarixlərində keçiriləcək.