...

BMK Azərbaycan banklarının yaxşı korporativ idarəetmədən faydasını araşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 17:16 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda iqtisadi artımı dəstəkləyir və ölkə banklarında korporativ idarəetməni yaxşılaşdırır.
BMK Azərbaycan banklarının yaxşı korporativ idarəetmədən faydasını araşdırır

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Bədəlova/

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda iqtisadi artımı dəstəkləyir və ölkə banklarında korporativ idarəetməni yaxşılaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BMK-nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

BMK Dünya Bankı və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə bankların 74 icraçı direktoru və Müşahidə şuraları sədrlərinin iştirakı ilə "Bank idarəetməsinin modernləşdirilməsi" mövzusunda seminar keçirib. Seminar Azərbaycan banklarına yaxşı korporativ idarəetmənin gətirə biləcəyi əlavə faydanın araşdırılması məqsədilə keçirilib.

"TuranBank"ın icraçı direktoru Fuad Musayevin sözlərinə görə, bunun sayəsində hazırda banklar korporativ idarəetmə təcrübəsi üzərində daha fəal işləyirlər. Onun sözlərinə görə, müxtəlif inkişaf etməkdə olan ölkələrin təcrübəsindən real nümunələri müzakirə etmək faydalı olub.

Seminarın gedişində BMK-nın dünya maliyyə bazarları üzrə departamentinin müşaviri Erik Rajendranın dediyinə görə, riskin hərtərəfli idarə edilməsi həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə banklar üçün böyük vəzifədir.

"Daha əhəmiyyətli risklərin idarə edilməsi mədəniyyəti - fikir bildirmək, məsuliyyətli və hesabat vermək qabiliyyəti olmaqdır", - Rajendra bildirib.

BMK-nın məlumatında deyildiyinə görə, son il ərzində Azərbaycan yeni korporasiyalarda korporativ idarəetmənin yaxşı praktikasında uğurlar qazanıb, ölkə bankları isə bu yoldadır.

"BMK Azərbaycan Mərkəzi Bankının maliyyə institutlarının korporativ idarəetmənin yaxşı təcrübəsinin tətbiqi, eləcə də onlara yerli bazar şəraitinə uyğunlaşmaqda kömək etmək təşəbbüsünü dəstəkləyir", - BMK-nın məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti