...

Azərbaycanda duzun keyfiyyətinin yoxlanılması üzrə monitorinqlərə başlanılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 14:19 (UTC +04:00)
Azərbaycanın Azad İstehlakçılar Birliyi iyunun 1-dən etibarən əmtəə bazarında duzun keyfiyyətinin monitorinqinə başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Birliyin mətbuat xidmətinin rəhbəri Əyyub Hüseynov deyib.
Azərbaycanda duzun keyfiyyətinin yoxlanılması üzrə monitorinqlərə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycanın Azad İstehlakçılar Birliyi iyunun 1-dən etibarən əmtəə bazarında duzun keyfiyyətinin monitorinqinə başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Birliyin mətbuat xidmətinin rəhbəri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, monitorinqlər Azərbaycanın 30 rayonunu əhatə edir. Monitorinqlərin nəticələri ayın sonunadək əldə ediləcək və Azad İstehlakçılar Birliyinin rəsmi saytında yerləşdiriləcək.

Hazırda ölkə bazarlarında yodlaşdırılmış duzun mövcudluğu 85 faiz səviyyəsindədir.

2001-ci ildə Azərbaycanda yodlaşdırılmamış duz problemi ilə əlaqədar 2002-ci ildə "Duzun icbari yodlaşdırılması haqqında" xüsusi proqram qəbul edilib. 2003-cü ildə Azərbaycana yodlaşdırılmamış duz gətirilməsinə qadağa qoyulub.

Xəbər lenti

Xəbər lenti