...

Niderland və Azərbaycan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2011 15:35 (UTC +04:00)
Niderland şirkətləri və Azərbaycandan olan tərəfdaşlar arasında əməkdaşlıq üçün yaxşı imkanlar var.
Niderland və Azərbaycan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var - səfir

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Niderland şirkətləri və Azərbaycandan olan tərəfdaşlar arasında əməkdaşlıq üçün yaxşı imkanlar var. Bunu Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlinde deyib. Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfirliyindən bildirilib.

İyunun 8-10-da Niderlandın Dəniz Ticarət Nümayəndəliyinin nümayəndələri Azərbaycanda olublar. Səfər zamanı qonaqlar tərsanələrdə olublar və hökumət nümayəndələri ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft donanmasının və Dövlət Dəniz Gəmiçiliyinin rəhbərliyi ilə görüşlər keçiriblər.

Qonaqlar həmçini Niderlandın 11 min şirkətinin maraqlarının təmsil olunduğu Azərbaycan-Niderland biznes forumunda iştirak ediblər.

"Tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar Niderlandın gəmiqayırma, suyun dibinin dərinləşdirilməsi işləri ilə bağlı böyük təcrübəyə malik olması ilə şərtlənir. Rotterdam limanı Avropada ən iri limandır", - səfir forumun gedişində bildirib.

Niderland şirkətləri artıq Azərbaycandakı layihələrdə, eləcə də Bakıda yeni limanın və gəmiqayırma zavodunun tikintisində iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti