...

Azərbaycan və Moldova sosial təminat sahəsində saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2011 16:38 (UTC +04:00)
Çərşənbə günü Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Moldova Milli Sosial Sığorta Kassası (MMSSK) arasında ilkin sazişin imzalanacağı gözlənilir.
Azərbaycan və Moldova sosial təminat sahəsində saziş imzalayacaqlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Çərşənbə günü Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Moldova Milli Sosial Sığorta Kassası (MMSSK) arasında ilkin sazişin imzalanacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə DSMF sədri Səlim Müslümov "Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma" mövzusunda Bakıda keçirilən beynəlxalq texniki seminar zamanı bildirib.

"İkinci mərhələdə hökumətlərarası səviyyədə sazişin imzalanacağı gözlənilir", - Müslümov deyib.

Sazişə görə, Azərbaycanda, yaxud Moldovada əmək fəaliyyəti ilə məşğul olan işçinin stajı tamamilə eyni hesab ediləcək.

Moldova Milli Sosial Sığorta Kassasının rəhbəri Mariya Borta sazişi imzalamaq məqsədilə Azərbaycandadır.

"Moldova analoji sazişi Bolqarıstanla da imzalayıb və belə sənədin Portuqaliya ilə ratifikasiyası gözlənilir", - Borta deyib.

Xəbər lenti

Xəbər lenti