...

Azərbaycan bankı "Parabank" bölgələrdə yarmarkalar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 13:59 (UTC +04:00)
"Parabank" kiçik və orta sahibkarlığın inkişafına, kreditlərin sərfəli şərtlərlə verilməsinə böyük diqqət yetirərək "Faizlərə YOX deyək!" adlı kampaniyasına başlayıb.
Azərbaycan bankı "Parabank" bölgələrdə yarmarkalar keçirib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan bankı "Parabank" kiçik və orta sahibkarlığın inkişafına, kreditlərin sərfəli şərtlərlə verilməsinə böyük diqqət yetirərək "Faizlərə YOX deyək!" adlı kampaniyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yarmarkalar Şirvan, Beyləqan, Bərdə, Ağcabədi, Ağdamın Quzanlı qəsəbəsində və Gəncədə keçirilib. Yarmarkalar hər şəhərdə iki gün keçirilib.

Kampaniyanın əsas məqsədi sahibkarlara faizsiz kreditdən istifadə etmək imkanı yaratmaqla, kiçik və orta biznesin inkişafını təmin etməkdir. Yarmarka zamanı "Parabank"ın əməkdaşları əhalini bankın təqdim etdiyi xidmətlərlə yaxından tanış ediblər. Bu cür yarmarkalar zamanı əhali bankın təqdim etdiyi xidmətlər və onlardan istifadə qaydaları ilə yaxından məlumatlı olurlar.

"Parabank" artıq 20 ildir müştərilərə kiçik və orta biznesiinin inkişafında və onların biznes layihələrinin həyata keçirilməsində kömək edir.

Xəbər lenti

Xəbər lenti