...

Azərbaycanda Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunması üzrə Milli Şura yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2011 18:36 (UTC +04:00)
İyulun 19-da beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" layihəsi çərçivəsində yaradılmış Məşvərətçi İşçi Qrupunun növbəti iclasında Azərbaycanda Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunması üzrə Milli Şuranın yaradılması müzakirə olunub.
Azərbaycanda Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunması üzrə Milli Şura yaradılacaq

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir A.Axundov/

İyulun 19-da beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən "Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması" layihəsi çərçivəsində yaradılmış Məşvərətçi İşçi Qrupunun növbəti iclasında Azərbaycanda Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunması üzrə Milli Şuranın yaradılması müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində həyata keçirilir.

"Şura nazirlik, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət olmaqla yaradılacaq", - məlumatda deyilir.

İclasda layihənin bir illik fəaliyyəti haqqında hesabat müzakirə olunub və yeni sənədlər nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti