...

"Kapital Bank"ın müştəriləri üçün daha bir imkan

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2011 11:39 (UTC +04:00)
"Kapital Bank" öz müştərilərinin bank xidmətlərindən istifadə imkanlarını getdikcə genişləndirir.
"Kapital Bank"ın müştəriləri üçün daha bir imkan

Azərbaycan, Bakı, 24 avqust /Trend/

"Kapital Bank" öz müştərilərinin bank xidmətlərindən istifadə imkanlarını getdikcə genişləndirir.

"Kapital Bankın" plastik kartlarının sahibləri indi Azərbaycan Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemindən (KÖMİS) internet vasitəsilə də faydalana bilərlər. Bundan ötrü sadəcə www.apus.az saytına daxil olmaq lazım gəlir.

Müştəri bu internet servis xidmətindən istifadə etməklə kommunal borcları haqqında məlumatlar ala və ödənişləri kart vasitəsilə apara bilər. Ödənilmiş xidmət haqqı real vaxt rejimində mərkəzləşdirilmiş bazada əksini tapır, bu barədə dərhal xidmət müəssisələrinə məlumat verilir.

Sistemin digər bir özəlliyi də bundan ibarətdir ki, www.apus.az saytında qeydiyyatdan keçərək öz şəxsi kabinetini yaratmış müştərilərin ödəniş zamanı qaz, elektrik, su xidmətləri üzrə abonent kodlarını təqdim etmələrinə ehtiyac qalmır. Müştəri ödəniş üçün yalnız kartın üzərindəki məlumatlardan istifadə edir. Saytda qeydiyyatı olmayan müştərilər isə ödəniş üçün hər dəfə abunə kodlarını sistemə daxil etməlidirlər.

Abonent arzusundan və texniki imkanlarından asılı olaraq ödənişin aparılması haqqında xüsusi formada qəbz çap etmək, yaxud qəbzi fayl şəklində elektron daşıyıcıda saxlamaq imkanına da malikdir. Bankın yeni xidmət növünə maraq göstərənlər ətraflı məlumatı www.apus.az saytından və ya "Kapital Bank"ın 196 nömrəli Müştəri Xidmətinə zəng etməklə ala bilərlər.

Xəbər lenti

Xəbər lenti