...

Flydubai Hindistana üçüncü marşrutu açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 14:50 (UTC +04:00)
Dubayın ilk qənaətcil Flydubai aviaşirkəti dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən biri - Əhmədabada hava yolununu açıb. Bu barədə Trend-ə aviaşirkətdən məlumat verilib.
Flydubai Hindistana üçüncü marşrutu açıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Dubayın ilk qənaətcil Flydubai aviaşirkəti dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən biri - Əhmədabada hava yolununu açıb. Bu barədə Trend-ə aviaşirkətdən məlumat verilib. Bu, aviaşirkətin Hindistana sayca üçüncü hava marşrutudur.

FZ437 nömrəli reys artıq Sardar Vallabhbhai Patel beynəlxalq hava limanında yerə enib. Bununla belə, flydubai Yaxın Şərq, Asiya, Afrika və Avropa üzrə uçuş coğrafiyasını genişləndirərək, reyslərin sayını 39-a çatdırdı. Yeni hava yolunun istifadəyə verilməsi aviaşirkəti Hindistanın ən inkişaf etmiş Qücərat ştatına çıxışını təmin etdi. Bu ştatda adambaşı ümumi daxili məhsul ölkənin orta göstəricilərini üstələyərək, 59 mlrd. ABŞ dolları təşkil edir.

Məlumatda deyilir ki, Dubay-Əhmədabad reysinə biletin qiyməti, vergilər daxil olmaqla, 150 ABŞ dollarından başlayır. Biletin qiymətinə çəkisi 7 kq qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. 20 kq qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 27 ABŞ dolları ödəmək lazımdır.

Xəbər lenti

Xəbər lenti