...

"Parabank" 20 illik yubileyi münasibətilə kredit təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2011 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

2011-ci ilin dekabrın 3-də "Parabank" 20 illik yubileyini qeyd edəcək. Yubiley münasibətilə Parabank müştərilərə "Yubiley" adlı yeni kredit məhsulunu təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Yubiley" kreditinin şərtlərinə əsasən, borcalanlar 6 ay müddətinə qədər güzəştli dövrdən faydalana bilərlər, bu dövrdə borcalan yalnız kreditin faizlərini ödəyir, əsas borcun ödənilməsi isə 7-ci aydan etibarən başlanır.
"Yubiley" kredit məhsulunun faiz dərəcəsi aylıq 1,7 faizdən başlayaraq, 12 aydan 36 ayadək, 10 000 manatdan 100 000 manatadək verilir. Bank xərcləri və digər komissiyalar isə cəmi 1 faiz həcmində hesablanır.

"Parabank" 1991-ci il dekabrın 3-də yaradılıb və bu günə qədər Azərbaycan bank sektorunda öz stabilliyi və daimi inkişafı ilə seçilib.

Oktyabrın 10-na rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti