Azərbaycan, Bakı, 1 noyabr /Trend/
2011-ci ilin doqquz ayı ərzində Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən ölkənin 18 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb, 736 ticarət və xidmət müəssisəsində POS-terminallar müştərilərin istifadəsinə verilib. Bu barədə Trend-ə çərşənbə axşamı bankdan bildirilib.
Beləliklə, banka aid ATM-lərin sayı 623, terminalların sayı isə 3668 ədədə çatdırılıb. Bu da ölkə üzrə bankomatların 32, terminalların 32,4 faizini təşkil edir.
İlin əvvəlindən bəri 60 min nəfər ABB-nin plastik kartlarının sahibi olub. Hazırda bank üzrə aktiv plastik kartların sayı 1 822 392 ədəd səviyyəsindədir ki, bu da ölkə kart bazarının 33 faizinə bərəbərdir.