...

Gəncə Avtomobil zavodu bu il üçün istehsal həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2011 14:24 (UTC +04:00)
Gəncə Avtomobil zavodu Azərbaycanda bu il ərzində 850 traktor və 700 yük avtomobili yığmağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.
Gəncə Avtomobil zavodu bu il üçün istehsal həcmini açıqlayıb

Azərbaycan, Bakı, 23 noyabr /Trend müxbir S.Əliyev/

Gəncə Avtomobil zavodu Azərbaycanda bu il ərzində 850 traktor və 700 yük avtomobili yığmağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

Onun sözlərinə görə, 500 traktor müqavilə çərçivəsində "Aqrolizinq" ASC dövlət şirkətinə veriləcək. Qalan hissə isə bazarda satışa çıxarılacaq.

Bu gün Gəncə Avtomobil zavodunda Minsk Traktor zavodunun traktorları və Minsk Avtomobil zavodunun yük avtomobilləri yığılır.

Azərbaycanda Minsk Avtomobil və Traktor zavodlarının istehsalı olan yük avtomobilləri və traktorların yığılması və satışı haqqında saziş 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb.

Gəncə zavodu Azərbaycanda ildə 1000-dək yük avtomobili və 2000-dək traktor yığmaq iqtidarındadır. İndi avtomobil zavodunda "Belarus" traktorları və MAZ avtomobilləri yığılır.

Xəbər lenti

Xəbər lenti