...

Azərbaycanın "Qarant İnvest" şirkəti lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Qarant İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətə broker fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni lisenziya (xüsusi razılıq) verilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin saytında çərşənbə axşamı dərc olunmuş məlumatda deyilir.

"Qarant İnvest" "Qarant Sığorta" şirkətinin törəmə müəssisəsidir.
Lisenziya 25 noyabr 2011-ci il tarixində 5 illik müddətə verilib.
"Qarant İnvest" şirkəti avqustda vergi orqanlarında dövlət qeydiyyatından keçib.

"Qarant Sığorta"nın idarə heyətinin sədr müavini Fuad Allahverdiyev bildirib ki, şirkət əsasən investisiya və dövlət qiymətli kağızlar bazarında maliyyə fəaliyyəti ilə məşğul olacaq.
Bir qədər əvvəl investisiya şirkətinin Müşahidəçilər Şurasının tərkibinə daxil olan Vaqif Həsənov qeyd edib ki, şirkət broker şirkətləri vasitəsilə qiymətli kağızlara bir milyon dollardan artıq investisiya qoyub. "Qiymətli kağızlar bazarı çox azaddır, ancaq hələ səriştəli inkişaf tələb edir. Hesab edirəm ki, bu, gələcəyin şirkətidir. Onun indi qurulması və bu bazarın öyrənilməsi öz bəhrəsini gələcəkdə verəcək", - Həsənov bildirib.

"Qarant Sığorta" şirkəti sığorta fəaliyyətinə dair lisenziyanı Azərbaycan Maliyyə Nazirliyindən 2007-ci ilin noyabrında alıb. Şirkət ZQAN Holding-in tərkibinə daxildir.
Noyabrın 29-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti