...

Bakı Metropolitenində kartlara gediş yükləmə ilə bağlı yaranan texniki problemlər aradan qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 19:19 (UTC +04:00)
Bakı Metropolitenində gediş kartına dörd gedişdən artıq yükləmə ilə bağlı yaranmış texniki problemlər bir neçə saat ərzində aradan qaldırılıb.
Bakı Metropolitenində kartlara gediş yükləmə ilə bağlı yaranan texniki problemlər aradan qaldırılıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropolitenində gediş kartına dörd gedişdən artıq yükləmə ilə bağlı yaranmış texniki problemlər bir neçə saat ərzində aradan qaldırılıb. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Tarif (qiymət) Şurasından məlumat veriblər.

"İndi metro istifadəçiləri gediş kartına istənilən sayda gediş yükləyə bilərlər", - Şuradan deyiblər.

Bakı Metropolitenində gediş kartına yüklənmiş məbləğdən asılı olmayaraq, dekabrın 1-dən gedişhaqqı bir gediş üçün 0,2 manat (20 qəpik) yeni tarifilə hesablanacaq.Bazar ertəsi Tarif Şurasının qəbul etdiyi qərara görə, metroda gedişhaqqı 0,15 manatdan (15 qəpik) 0,2 manatadək (20 qəpik) artırılıb. Qərar dekabrın 1-dən qüvvəyə minir.

Tarif Şurasına Bakı Metropolitenindən daxil olan məlumata görə, metroda gediş kartına dörd gedişdən artıq yükləmə ilə bağlı yaranmış problemlər texniki xarakter daşıyıb.

Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun Trend-ə dediyi kimi, kartların yüklənməsi ilə bağlı problem kartları yükləmək üçün aparatların yeni tarif üzrə yenidən proqramlaşdırılması ilə əlaqədardır.

"Yeni tarifə keçid vaxtına çox az qalıb və ona görə də biz qısa müddət ərzində uyğun proqram təminatına keçəcəyik. Biz bu problemi ən qısa zamanda həll etməyə çalışırıq", - Məmmədov deyib.

Onun sözlərinə görə, artıq stansiyalarda dekabrın 1-dən etibarən gediş kartlarına yüklənmiş məbləğdən asılı olmayaraq, tariflərin bir gedişə görə 0,2 manatla hesablanacağı barədə elanlar yapışdırılıb.

Xəbər lenti

Xəbər lenti