...

ABŞ-ın iri investisiya şirkəti Azərbaycanın qiymətli kağızlar bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2011 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir N.İsmayılova/

"Unibank"ın törəmə şirkəti ABŞ-ın iri bankının Azərbaycan bazarına çıxmasına kömək edir. Bu barədə cümə axşamı Trend-ə bankdan məlumat veriblər.

"Biz özümüzü o qədər tanıtmışıq ki, xarici investorlar ABŞ-ın iri investisiya şirkətlərinin birinin simasında Azərbaycan bazarına çıxmağı və bizim "Unicapital" broker şirkəti vasitəsilə ölkənin iri telekommunikasiya operatorlarından birinin istiqrazlarını almağı qərara alıblar", - bankdan bildiriblər.

Bankdan verilən məlumata əsasən, 40 milyon manat həcmində istiqrazların alınması üzrə sövdələşməni dekabrın sonuna qədər həyata keçirmək planlaşdırılır.

"Bizim "Unicapital" törəmə şirkəti və yerli bankların birinin sayəsində istiqrazların bütün buraxılışı tamamilə xarici investorlar tərəfindən əldə ediləcək və söhbət "Goldman Sach" səviyyəsində şirkətdən gedir", - bankdan deyiblər.

Bankdan verilən məlumata əsasən, hazırda "Unicapital"ın korporativ istiqrazlar üzrə həyata keçirdiyi əməliyyatların həcmi on milyonlarla manatı ötüb.

"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG alman investisiya korporasiyası (8,3333 faiz) kimi maliyyə institutları bankın səhmdarlarıdır.

"Goldman Sach" dünyanın ən iri kommersiya banklarından biridir. Bank 1869-cu ildə yaradılıb, mənzil-qərargahı Nyu Yorkda, Aşağı Manhettendə yerləşir.

Dekabrın 15-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti