...

Bakı Metropoliteni bayram günlərində adi rejimdə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2011 16:45 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında Bakı Metropoliteni normal rejimdə işləyəcək.
Bakı Metropoliteni bayram günlərində adi rejimdə işləyəcək

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir E.İsmayılov/

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında Bakı Metropoliteni normal rejimdə işləyəcək. Bu barədə Trend-ə cümə axşamı Bakı Metropolitenindən məlumat verilib.

Ölkədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 4-dək (4-ü də daxil olmaqla) rəsmən qeyri-iş günləri elan edilib.

"Bayram günlərində biz normal rejimdə işləyəcəyik, lakin paytaxtda bayram tədbirləri təşkil olunacağı halda, metropolitenin iş qrafikində dəyişiklik edilə bilər", - metropolitendən deyiblər.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə metropolitenin iş qrafiki ilə bağlı Bakı Metropolitenindən bildiriblər ki, zərurət yaranacağı halda, qrafilə yenidən baxıla bilər. Bir qayda olaraq, paytaxtda iri tədbirlər keçirilərkən, Bakı Metropoliteni iş müddətini artıraraq paytaxt sakinlərinin daşınmasının təmin edir. Adi günlərdə isə Bakı Metropoliteni yerli vaxtla səhər saat 06:00-dan 00:00-dək işləyir.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var.

Xəbər lenti

Xəbər lenti