Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir N.İsmayılova/
Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə ölkənin səhiyyə sistemində islahatların aparılması üçün əlavə maliyyələşdirmənin verilməsi məsələsini müzakirə edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
"Bu məqsədlə yanvarın 29-da DB-nin layihə qrupunun rəhbəri Klaudia Roksun başçılıq etdiyi missiya Bakıya gələcək, - bankın nümayəndəliyindən bildiriblər. - Missiya səhiyyə sahəsində reallaşdırılacaq layihənin icmalını da aparacaq".
Bankın ekspertləri fevralın 4-dək ölkədə olacaqlar.
Bir müddət əvvəl Azərbaycan hökuməti DB-yə səhiyyənin inkişafı layihəsi üzrə əlavə maliyyələşdirmənin verilməsi ilə bağlı rəsmi sorğu göndərmişdi.