...

CASE Azərbaycana makroiqtisadi proqnozlaşdırma modelini təkmilləşdirməyə kömək edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2012 19:50 (UTC +04:00)
Azərbaycanda Avropa Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin (CASE) köməyi və BP və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə "Makroiqtisadi idarəetmə və institusional islahatlar üzrə məsləhət xidmətləri" layihəsinin həyata keçirilməsi başa çatıb.
CASE Azərbaycana makroiqtisadi proqnozlaşdırma modelini təkmilləşdirməyə kömək edib

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda Avropa Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin (CASE) köməyi və BP və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə "Makroiqtisadi idarəetmə və institusional islahatlar üzrə məsləhət xidmətləri" layihəsinin həyata keçirilməsi başa çatıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Bu məqsədlə nazirlikdə konfrans keçirilib.

"Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün mövcud iqtisadi potensialın idarə edilməsində makroiqtisadi təhlil, proqnozlaşdırma və modernləşdirmə xüsusi önəm kəsb edir. Bu layihə 2008-ci ilin sentyabr ayından etibarən BP şirkətinin dəstəyi ilə həyata keçirilib, layihə çərçivəsində nazirlik CASE ekspertləri ilə birgə makroiqtisadi proqnozlaşdırma modelinin təkmilləşdirilmişi, eləcə də digər sahələrdə proqnozlaşdırma modelinin yaradılması və inflyasiyanın proqnozlaşdırılması üzərində işləyiblər", - konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

BP şirkətinin vitse-prezidenti Seymur Xəlilovun sözlərinə görə, BP və tərəfdaşları tərəfindən maliyyələşdirilmiş layihə makroiqtisadi təhlil və institusional islahatların planlaşdırılması istiqamətlərində İqtisadi İnkişaf Nazirliyinin potensialının inkişaf etdirilməsinə öz töhfəsini verib.

Xəbər lenti

Xəbər lenti