...

Astana-Bakı aviareysi Bakıya təxminən 3 saat gec çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 11:13 (UTC +04:00)
Bakıya yerli vaxtla saat 12:20-də gəlməli olan Astana-Bakı aviareysi 2,5 saat yubanacaq. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Astana-Bakı aviareysi Bakıya təxminən 3 saat gec çatacaq

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir E.İsmayılov/

Bakıya yerli vaxtla saat 12:20-də gəlməli olan Astana-Bakı aviareysi 2,5 saat yubanacaq. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

"Aviareysin yubanmasına səbəb təyyarənin Astanadan havaya vaxtından 2,5 saat gec qalxmasıdır. Yubanmanın səbəbləri göstərilmir", - aeroportdan deyiblər.

Məlumata görə, bununla əlaqədar paytaxtdan saat 13:30-da uçmalı olan Bakı-Astana reysində də yubanma olacaq.

Xəbər lenti

Xəbər lenti