...

İstabul və Aktaudan aviareyslərin Bakıya gəlişi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2012 05:46 (UTC +04:00)
İstanbuldan iki və Aktaudan bir təyyarə reysinin Bakıya gəlişi yubanır. Bu barədə Trend-ə çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
İstabul və Aktaudan aviareyslərin Bakıya gəlişi yubanır

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

İstanbuldan iki və Aktaudan bir təyyarə reysinin Bakıya gəlişi yubanır. Bu barədə Trend-ə çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Aktaudan J2 218 (gəlmə vaxtı - 02:50), İstanbuldan isə J2 078 (gəlmə vaxtı - 03:30) və TK 338 (gəlmə vaxtı - 04:10) reysləri yoladüşmə məntəqəsində pis hava şəraiti ilə bağlı yubanır.

J2 218 reysinin Aktaudan yola düşməsi saat 09-00-a qədər təxirə salınıb. Təyyarələrin İstanbuldan uçması barədə hələ məlumat yoxdur.

Bazar ertəsi İstanbulda güclü qar yağması səbəbindən 184 reys təxirə salınıb ki, onların 34-ü beynəlxalqdır. Güclü qar İstanbula bazar günü axşam yağıb.

İstanbul rəhbərliyi yerli sakinləri yaxın iki gündə zəruri ehtiyac yaranmadığı təqdirdə şəxsi nəqliyyatdan istifadə etməməyə çağırır.

Son günlər Türkiyənin böyük hissəsinə soyuq və qarlı hava hakim kəsilib, bir çox ərazilərdə nəqliyyatın hərəkətində fasilələr qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti