...

Sahibkarlığa Kömək Milli Fondu Bakıda sahibkarlara kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2012 13:47 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə bu gün Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara güzəştli şərtlərlə 4,1 milyon manat dəyərində kredit verilib.
Sahibkarlığa Kömək Milli Fondu Bakıda sahibkarlara kredit verib

Azərbaycan, Bakı, 31 yanvar /Trend müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə bu gün Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara güzəştli şərtlərlə 4,1 milyon manat dəyərində kredit verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib. Tədbir Qaradağ rayonunun Ələt qəsəbəsində 100-dən artıq sahibkarın iştirakı ilə keçirilib.

Kredit ayrılan layihələrin həyata keçirilməsi 130 yeni iş yerinin açılmasına imkan yaradır.

"Fondun vəsaiti hesabına həm kiçik layihələrin, həm də ət emalı, quşçuluq təsərrüfatı, çörək istehsalı üzrə müəssisə və müasir istixana kompleksi üzrə iri müəssisələrin maliyyələşdirilməsi təmin edilib" , - Abdullayev qeyd edib.

SKMF ümumilikdə 2011-ci ildə Bakı qəsəbələrinin sahibklarına 35 milyon manat həcmində 210 kredit verib. O cümlədən 32,4 milyon manat dəyərində yeni texnologiyalara əsaslanan 27 investisiya layihəsi maliyyələşdirilib. 2011-ci ildə güzəştli kreditlərin ümumi həcmindən Bakı qəsəbələrinin payına 25 faiz düşüb və gözlənilir ki, bu il onların sayı artırılacaq.

Bu həcmdən 332 min manat dəyərində kredit 38 məcburi köçkünə verilib.

SKMF ümumilikdə 2012-ci ildə 200 milyon manat həcmində kredit verməyi planlaşdırır.

2011-ci ildə SKMF 1643 sahibkarlıq subyektinə 138 milyon manat, o cümlədən məcburi köçkünlərə 5,9 milyon manat dəyərində 162 kredit ayırıb. Bu kreditlər hesabına reallaşan layihələrin icrası 6500-dək yeni iş yerinin yaradılmasına imkan verir.

Yanvarın 31-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti