...

Tbilisi aeroportu normal rejimdə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 14:21 (UTC +04:00)
Tbilisi aeroportu səhərdən etibarən normal rejimdə işləməyə başlayıb. Bu barədə cümə axşamı Trend-ə Tbilisi Beynəlxalq Aeroportunun administrasiyasından məlumat verilib.
Tbilisi aeroportu normal rejimdə işləyir

Gürcüstan, Tbilisi, 2 fevral/Trend müxbir N. Kirtsxalia/

Tbilisi aeroportu səhərdən etibarən normal rejimdə işləməyə başlayıb. Bu barədə cümə axşamı Trend-ə Tbilisi Beynəlxalq Aeroportunun administrasiyasından məlumat verilib.

Məlumata əsasən, səhərdən etibarən cümə axşamına planlaşdırılan bütün aviareyslər həyata keçirilib.

Hələ bir gün əvvəl aeroportdan uçmalı olan təyyarə də İstanbula yola salınıb.

Aeroportdan qeyd edilib ki, cümə axşamı yalnız Bakıya bir reys təxirə salınıb, belə ki, Azərbaycan paytaxtında hava şəraiti səbəbindən AZAL aviaşirkətinin təyyarəsi Tbilisi aeroportuna gəlməyib.

Xəbər lenti

Xəbər lenti