...

Azərbaycanda dəmiryol reysləri hava şəraitinə görə gecikmə ilə həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 10:59 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC dəmiryol reyslərini sürət məhdudiyyəti ilə həyata keçirir.
Azərbaycanda dəmiryol reysləri hava şəraitinə görə gecikmə ilə həyata keçirilir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC dəmiryol reyslərini sürət məhdudiyyəti ilə həyata keçirir. Bu barədə cümə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, sürət məhdudiyyəti ilə əlaqədar olaraq, sərnişin qatarları Bakıya gecikmə ilə çatırlar.

"Bu tədbirlər sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilir", - Əzməmmədov qeyd edib.

O bildirib ki, Azərbaycan ərazisində bir neçə gün ərzində müşahidə olunan əlverişsiz hava şəraitinə baxmayaraq, Bakı dəmiryol vağzalı normal rejimdə işləyir.

"Vağzal normal rejimdə fəaliyyət göstərir. Qatarların qəbulu və göndərilməsində heç bir problem yoxdur", - o deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti