...

Yaxın zamanda Azərbaycan və Serbiyanın iş adamlarının görüşləri keçiriləcək – iqtisadi inkişaf naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 22:51 (UTC +04:00)
Azərbaycan və Serbiyanın iş adamlarının əməkdaşlığına yönəlmiş görüşlər yaxın zamanda başlayacaq.
Yaxın zamanda Azərbaycan və Serbiyanın iş adamlarının görüşləri keçiriləcək – iqtisadi inkişaf naziri

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan və Serbiyanın iş adamlarının əməkdaşlığına yönəlmiş görüşlər yaxın zamanda başlayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı Serbiyanın Dövlətçilik Günü (ilk serb üsyanı günü) münasibətilə keçirilən mərasimdə bildirib.

"Azərbaycan və Serbiya arsında əməkdaşlıq uğurla inkişaf edir və strateji əhəmiyyət daşıyır", - o deyib. Nazir Azərbaycanla Serbiya arasında əlaqələrin inkişafı üçün ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın yaradıldığını və ötən il ilk iclasının keçirildiyini vurğulayıb. Mustafayevin sözlərinə görə, 2011-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 55 faiz artıb.

Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç tədbirdə Serbiya və Azərbaycan arasında diplomatik münasibətlərin 1997-ci ildə yarandığını bildirən səfir ötən illər ərzində iki ölkə arasında səmərəli əməkdaşlığın qurulduğunu deyib. O həmçinin qeyd edib ki, Serbiya və Azərbaycan ərazi bütövlüyü məsələsində beynəlxalq hüquq normalarında əməl olunmasında daima eyni mövqedən çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti