...

Moody’s Azərbaycanın bank bazarında rəqabətin artmasını müsbət qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 10:52 (UTC +04:00)
Moody's beynəlxalq reytinq agentliyi ölkənin kredit bazarında Azərbaycanın özəl bank sektorunun payının artmasını müsbət qiymətləndirib.
Moody’s Azərbaycanın bank bazarında rəqabətin artmasını müsbət qiymətləndirib

Azərbaycan, Bakı, 21 fevral / Trend, müxbir N.İsmayılova /

Moody's beynəlxalq reytinq agentliyi ölkənin kredit bazarında Azərbaycanın özəl bank sektorunun payının artmasını müsbət qiymətləndirib. Trend-in məlumatına görə, bu barədə agentliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Ölkənin özəl banklarına düşən kredit qoyuluşlarının payı bazarda 2010-cu ildəki 55 faizdən 64 faizədək artıb. Bu özəl sektor üçün müsbət tendensiyadır", - agentliyin məlumatında deyilir.

Ölkənin özəl sektorunda əməliyyatların miqyasının artması həmin bankları gücləndirib və onlara yeni müştərilər cəlb etməyə imkan verib ki, nəticədə onların maliyyə göstəriciləri, o cümlədən rentabellilik və effektivlik yaxşılaşıb.

"2011-ci ildə Azərbaycanın özəl banklarının payına bank mənfəətinin ümumi həcmindən vergi qoymaya qədər 2010-cu ildəki 54 faizə nisbətən 63 fazi düşüb", - məlumatda deyilir.

Moody's ekspertlərinin fikrincə, tarixən belə gətirib ki, Azərbaycanın bank sektorunda rəqabət ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının (mənfi Ba1, mənfi E + / B3 reytinqə malik) bazardakı yüksək payı ilə təhrif edilib.

Xəbər lenti

Xəbər lenti