Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.İsmayılov /
"Azərbaycan Hava Yolları" QSC 17 aprel 2012-ci il tarixindən etibarən Bakı-Roma-Bakı istiqamətində müntəzəm reyslərin həyata keçirilməsinə başlayır. Trend-in məlumatına görə, bu barədə şirkətin internet saytında yerləşdirilmiş məlumatda deyilir.
Reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri Aerobus 319, 320 tipli hava gəmilərində həyata keçiriləcək. Bakıdan uçuş vaxtı saat 08:25-dir. Təyyarə Romaya saat 10:00-da çatacaq. Romadan uçuş vaxtı saat 11:10, Bakıya dönüş vaxtı saat 18:30-dur.
Bu dövrdən etibarən Milan istiqamətində də həftədə 3 reysin olması həm biznes səfərlərini planlaşdırmaq, həm də turoperatorlar tərəfindən İtaliyaya fərqli turpaketlər tərtib etmək üçün geniş imkanlar yaradır.