...

Azərbaycan Qazaxıstanın xüsusi iqtisadi zonaların yaradılması sahəsindəki təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 19:25 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan xüsusi iqtisadi zonaların (XİZ) ərazilərində gömrük məsələlərini müzakirə edir.
Azərbaycan Qazaxıstanın xüsusi iqtisadi zonaların yaradılması sahəsindəki təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan və Qazaxıstan xüsusi iqtisadi zonaların (XİZ) ərazilərində gömrük məsələlərini müzakirə edir. Bu mövzuda müşavirə Aktau şəhərində Azərbaycan və Qazaxıstanın Gömrük komitələrinin nümayəndələrinin iştirakı ilə keçirilib. Bu barədə cümə günü Azərbaycanın Aktaudakı Baş Konsulluğundan Trend-ə verilən məlumatda deyilir.

Görüşün əsas məqsədi Azərbaycan gömrükçüləri tərəfindən Qazaxıstanın XİZ-in yaradılması və inkişafı sahəsində təcrübəsinin öyrənilməsi olub.

Qazaxıstanda altı XİZ uğurlu inkişaf əldə edib. 2011-ci ilin sonunda ölkədə əlavə olaraq, konkret sahəyə istiqamətlənmiş üç yeni XİZ yaradılıb. 2011-ci ilin sonuna qədər artıq XİZ-in 300-dən artıq iştirakçısı qeydiyyata alınıb ki, bu da üçqat artım deməkdir. 2012-ci ildə Qazaxıstan hökuməti XİZ-in inkişafı üzrə fəal işi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti