Azərbaycan, Bakı, 29 mart /Trend /
"Bank of Baku"nun tanınmış məhsulu olan Bolkartın on mininci sahibinin adı bəlli oldu. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
Son aylar ölkə boyunca istifadəçiləri sürətlə artan Bolkartın 10 000-ci kartı Bakı şəhər sakini Arifə Əsgərovaya təqdim edilib. Kart mükafatçıya "Bank of Baku"nun Baş İdarəsində yerləşən Müştəri Xidmətləri Departamentində təqdim edilib. Bakı Humanitar Kollecində müəllimə işləyən Arifə Əsgərova Bolkartı yaxınlarının tövsiyyəsi sayəsində sifariş etmək qərarına gəldiyini etiraf edir. "Ailə üzvlərim Bolkartın alış-veriş zamanı kifayət qədər faydalı olduğunu və gündəlik ehtiyacları qarşılamaq üçün ən münasib kart olduğunu mənə dedilər. İndi düşünürük ki, ev üçün məişət avadanlıqları, qarşıdan yay gəldiyi üçün ilk növbədə isə kondisioner alaq. Malın dəyərini isə növbəti aylar ərzində bölüşdürüb ödəyərik" ,- 10 000-ci Bolkartın sahibi deyir.
Xatırladaq ki, Bolkartı "Bank of Baku" ilə tərəfdaş olan 200-ə yaxın tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Kart pulsuzdur. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür.Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilər. Bu günə kimi Bolkart ilə 32 000 əməliyyat həyata keçirilib və bu rəqəm dinamik şəkildə artır.
2011-ci ilin oktyabr ayında dövriyyəyə buraxılan Bolkart öz sahiblərinə yalnız gündəlik ehtiyaclarını qarşılamaq üçün deyil, habelə uduşlu lotereyada iştirak etmək hüququ da verir. Belə ki, azı 50 manat məbləğində alış-veriş etmiş Bolkart sahibləri gələn həftə uduşu keçiriləcək lotereyaya qatılmaq hüququ əldə edir. Uduş fondu hər tirajda 1 iştirakçıya 1000 manat, 5 iştirakçıya 500 manat, 15 iştirakçıya isə 100 manat pul məbləği olmaq şərti ilə oynanılacaq.
Uduş fondunun oynanılmasının ilk tirajı 2 aprel 2012-ci il baş tutacaq və Space TV ilə canlı yayımlanacaq.
Bolkart barədə daha ətraflı məlumat almaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. Habelə onlayn rejimdə www.bolkart.az və ya sosial şəbəkə səhifəsi- www.facebook.com/Bolkart vasitəsilə hər-hansı məlumat əldə edilə bilər.