...

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 11:13 (UTC +04:00)
Bakının Azadlıq prospektində çəkilmiş yeni 500 mm diametrlik magistral su xəttinin şəbəkəyə birləşdirilməsi işləri həyata keçirilir.
Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bakının Azadlıq prospektində çəkilmiş yeni 500 mm diametrlik magistral su xəttinin şəbəkəyə birləşdirilməsi işləri həyata keçirilir. Metal borulardan ibarət magistral kəmər özüaxımılı rejimdə işləməklə su təchizatını yaxşılaşdıracaq. Bu barədə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda deyilir.

Yenidənqurma işləri ilə əlaqədar aprelin 2-3-də Bakının Səbail və Nəsimi rayonlarının bir hissəsinə - Azadlıq və Bülbül prospektlərinə, Puşkin və Dilarə Əliyeva küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti