...

Azərbaycan bankı "Bank Standard" kart sahibləri üçün aksiyanın III mərhələsinə start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 13:49 (UTC +04:00)
Azərbaycan bankı "Bank Standard" kart sahibləri üçün aksiyanın III mərhələsinə start verib
Azərbaycan bankı "Bank Standard" kart sahibləri üçün aksiyanın III  mərhələsinə start verib

Azərbaycan, Bakı, 9 aprel / Trend/

1 aprel - 30 iyun tarixləri arasında "Bank Standard" kart sahiblləri POS-terminal, bankomat (ATM), habelə "Mobile Banking" xidməti vasitəsilə və ya İnternetdə ödənış aparmaqla lotereya şansı qazana bilərlər. Belə ki, ödənilmiş məbləğin hər 10 şərti vahidi (manat, USD, GBP, EUR) müqabilində kart sahibi bir lotereya şansı əldə edir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.

İyul ayının 17-də keçiriləcək aksiyanın III mərhələsinin lotereya tirajında 10 ədəd son model i-Phone mobil telefonu oynanılacaq.
Xatırladaq ki, 16 oktyabr - 31 sentyabr tarixləri arasında 4 mərhələdən ibarət olmaqla keçirilən "Kartla ödə, "Apple" qazan!" aksiyası "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir.

Аksiya haqda daha ətraflı məlumatı http://bankstandard.com/az/campaigns/08/ saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti