...

Azərbaycan və Hindistan arasında iki sənəd imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 19:10 (UTC +04:00)
Bakıda bazar ertəsi Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının yekunları üzrə iki sənəd imzalanıb
Azərbaycan və Hindistan arasında iki sənəd imzalanıb

Azərbaycan, Bakı, 16 aprel/Trend, müxbir A. Axundov/

Bakıda bazar ertəsi Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının yekunları üzrə iki sənəd imzalanıb.

Trend-in məlumatına görə, bu, Azərbaycan və Hindistan arasında hava rabitəsi haqqında hökumətlərarası komissiyasının protokolu və hökumətlərarası sazişdir.

Protokolu hökumətlərarası komissiyanın həmsədrləri-Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Hindistan tərəfdən isə ticarət və sənaye üzrə dövlət naziri Ciotiraditya Şindia imzalayıb.

Dövlət naziri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib.

"Onların istifadə edilməsi üçün bir sıra sazişlərin, xüsusən ikiqat vergitutmanın ləğv edilməsi, qarşılıqlı investisiyaların təşviqi və başqa sahələrdə sazişlərin imzalanması lazımdır", - Şindia deyib.

Onun sözlərinə görə, Azərbaycan Hindistanın informasiya texnologiyaları, təhsil, mühəndis işi, maşınqayırma, əczaçılıq və başqa sahələrdə təcrübəsindən istifadə edə və neft-qaz sahəsində öz nailiyyətlərini bölüşə bilər.

Azərbaycanın ekologiya naziri qeyd edib ki, ikinci iclas konstruktiv iş şəraitində keçib və iki ölkə arasında tarixi sıx əlaqələrin gələcək artımı üçün böyük potensial var.

2011-ci ildə ölkələr arasında mal dövriyyəsi 411 milyon dolları ötüb ki, bu da 2010-cu illə müqayisədə 22 faiz çoxdur. 2012-ci ilin yanvar-fevral aylarında ölkələr arasında xarici ticarət dövriyyəsi 157 milyon dollar olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 68 faiz üstələyir.

Növbəti iclas Dehlidə keçiriləcək, onun keçirilmə tarixi diplomatik kanallarla razılaşdırılacaq.

"İki ölkə arasında tarixi sıx əlaqələrin gələcəkdə genişləndirilməsi üçün böyük potensial var" , - Bağırov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti