...

Azərbaycan Beynəlxalq Bankı pensiya kartlarının yenilənməsi üzrə işləri sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 17:13 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) istifadə müddəti bitmiş pensiya kartlarının yenilənməsi üzrə işləri sürətləndirəcək.
Azərbaycan Beynəlxalq Bankı pensiya kartlarının yenilənməsi üzrə işləri sürətləndirəcək

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Bankı (ABB) istifadə müddəti bitmiş pensiya kartlarının yenilənməsi üzrə işləri sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABB-nin idarə heyətinin sədr müavini Emil Mustafayev məlumat verib.

Azərbaycan bankları artıq pensiyaçılara birbaşa plastik kartların verilməsinə başlayıb. Halbuki bu proses indiyədək Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbəsi vasitəsilə həyata keçirilirdi.

Bu, DSMF-nin fevralda keçirdiyi bank sistemi ilə plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi sisteminin təşkili üzrə işlərin satın alınmasına dair tenderin şərtlərindən biri olub. Tender təkliflərinin açılması aprelin 4-də baş tutub.

Mustafayevin sözlərinə görə, müddəti apreldə bitən kartların yenilənməsi həftə ərzində başa çatacaq.

"Lazım gələrsə, filiallarımız bu məqsədlə adi günlərdə iş vaxtından kənar və bazar günləri də işləyəcəklər. Bundan başqa, özləri bankın filiallarına gələ bilməyən pensiyaçılar yazılı formada müraciət edə bilərlər və onların kartları evlərinə çatdırılacaq", - Mustafayev deyib.

Onun sözlərinə görə, kartların fəaliyyət müddəti müntəzəm olaraq başa çatır və bundan əlavə, yeni pensiyaçılar qeydiyyata alınır.

"Belə ki, biz martda Bakıda 45 min kart vermişik, apreldə 76 min, mayda 36 min, iyunda 16 min, iyulda 16 min və s. kartın müddəti bitir", - Mustafayev qeyd edib.

O bildirib ki, kartların verilməsi bankların xidmət şöbələrində deyil, yalnız bank filiallarında həyata keçirilir.

"ABB öz bankomatlarının sayını artırmaqda davam edir, bu gün onların sayı 630 ədəddir. Biz iki ay ərzində onların sayını 800-ə, ilin sonuna kimi 1000-dək çatdırmağı planlaşdırırıq", - Mustafayev deyib.

Xəbər lenti

Xəbər lenti