...

Azərbaycanda dağılan körpüyə alternativ yol çəkilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 15:35 (UTC +04:00)
Bakı-Quba (Rusiya ilə sərhəd) avtomobil yolunun 156-cı kilometrində dağılan körpüyə alternativ yol sabah axşamadək çəkiləcək.
Azərbaycanda dağılan körpüyə alternativ yol çəkilir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

Bakı-Quba (Rusiya ilə sərhəd) avtomobil yolunun 156-cı kilometrində dağılan körpüyə alternativ yol sabah axşamadək çəkiləcək. Bu barədə çərşənbə günü Trend-ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, alternativ yolun körpünün sağ tərəfindən çəkilməsi nəzərdə tutulur. Hazırda körpünün uçduğu yerə bütün zəruri ağır texnika cəlb edilib.

"Hələlik Qubaya avtomobillərin girişi Gəndob-Xaçmaz yolu, Bakıdan hərəkət edən avtomobillərin girişi isə Pirvahid və Nügədi kəndlərindən keçən Şabran istiqamətindəki yol vasitəsilə mümkündür. Körpüyə gəlincə, o, söküləcək və yerində bir neçə ay ərzində yeni körpü tikiləcək", - Mürsəliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti