...

Azərbaycandan Türkiyəyə tərəvəz məhsullarının idxalı üçün böyük potensial var - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 13:18 (UTC +04:00)
Azərbaycan və Türkiyə kənd təsərrüfatının birgə inkişafı üzrə işləri sürətləndirə bilərlər.
Azərbaycandan Türkiyəyə tərəvəz məhsullarının idxalı üçün böyük potensial var - nazir müavini

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan və Türkiyə kənd təsərrüfatının birgə inkişafı üzrə işləri sürətləndirə bilərlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Vedat Mirmahmudoğulları bildirib.

"Azərbaycanla Türkiyə arasında münasibətlər daim inkişaf edir və biz Azərbaycandakı tərəvəz məhsullarının çox yaxşı keyfiyyətdə olması barədə bilirik. Gələcəkdə dünyada Azərbaycandan meyvə və tərəvəzə tələbat artacaq", - nazir müavini bildirib.

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının gələcəyinə inanır, çünki bu, ölkədə neft-qaz sahəsindən sonra prioritet sahədir və gələcəkdə Azərbaycandan Türkiyəyə meyvə və tərəvəz idxalı üçün böyük potensial mövcuddur.

Mirmahmudoğulları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti