...

Mayın 1-dən Bakıda Rusiya istehsalı olan taksilər dövriyyədən çıxarılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 12:09 (UTC +04:00)
Mayın 1-dən Bakıda taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan avtomobillər tamamilə dövriyyədən çıxarılacaq.
Mayın 1-dən Bakıda Rusiya istehsalı olan taksilər dövriyyədən çıxarılacaq

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov /

Mayın 1-dən Bakıda taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan avtomobillər tamamilə dövriyyədən çıxarılacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.

"Nazirliyin təyin etdiyi tələblərə cavab verən başqa ölkələrin istehsalı olan avtomobillər hələlik paytaxtın küçələrində taksi kimi fəaliyyət göstərəcəklər", - Həsənov deyib.

Bununla yanaşı, Nazirliyin nümayəndəsi qeyd edib ki, bunun yekunu olaraq Bakıda taksi kimi işləmək üçün yalnız beş min avtomobilin lisenziyası təsdiqlənəcək.

"Bu say Bakıda taksilərə tələbatı təmin etmək üçün kifayət edəcək", - Həsənov qeyd edib.

Bakıda işləmək üçün lisenziya bütün texniki tələblərə uyğun gələn, xüsusi fərqlənmə nişanlarına malik və taksometrlərlə təchiz olunmuş xarici markadan olan ağ rəngli avtomobillərə veriləcək.

Xəbər lenti

Xəbər lenti