...

Nəqliyyat Nazirliyi ölkənin şimalında körpünü təmir edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC qısa müddətdə Bakı-Quba (Rusiya ilə sərhəd) yolunda yerləşən Vəlvələçay üzərindəki körpünün təmirini başa çatdırmağı planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, təmir işləri nəticəsində körpünün dayaqlarının möhkəmləndirilməsi nəzərdə tutulur.

"Körpüdə təmir işləri artıq başlayıb və təmiri qısa müddətdə başa çatdırmaq üçün bütün işlər görüləcək", - Mürsəliyev deyib.

O bildirib ki, təmir işləri dövründə sürücülər alternativ yoldan istifadə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti