Azərbaycan, Bakı, 17 may/Trend/
Azərbaycanın beşulduzlu hoteli olan "Excelsior Hotel Baku" tamaşaçıların "Eurovision 2012" mahnı müsabiqəsini ekrandan daha yüksək keyfiyyətdə və canlı izləmələri üçün yeniliyə imza atıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Ata Holding"in yaydığı məlumatda deyilir.
"Excelsior Hotel Baku" mehmanxanasında açıq havada hovuz ətrafında quraşdırılmış böyük ekranda müsabiqənin final konsertini izləmək mümkün olacaq. Həmçinin, konsert müddətində qonaqlara ev limonadı təklif olunacaq. Müsabiqənin final konsertini böyük ekranda canlı yayımı 26 may 2012-ci il saat 23:00-da baş tutacaq", - məlumatda deyilir.
"Eurovision 2012" mahnı müsabiqəsinin final konsertini istirahət edərək izləmək istəyənlər, biletləri "Excelsior Hotel Baku" mehmanxanasından əldə edə bilərlər.
"Excelsior Hotel Baku" Azərbaycanda ilk beşulduzlu beynəlxalq standartlara uyğun mehmanxana kompleksidir. "Excelsior" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlardan, iclas otaqları və biznes mərkəzlərindən, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.