...

"Şəki-Zaqatala iqtisadi rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 19:29 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində "Şəki-Zaqatala iqtisadi rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda treninq keçirilib.
"Şəki-Zaqatala iqtisadi rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda treninq keçirilib

Azərbaycan, Bakı, 18 may /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində "Şəki-Zaqatala iqtisadi rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Mərkəzin Şəki nümayəndəliyinin əməkdaşları, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda kurort və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin, tədbirdə www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti