...

"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ən iri sığorta ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2012 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ən iri sığorta ödənişini həyata keçirib.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Atəşgah Həyat" SŞ-də sığortalanmış sənaye müəssisələrindən birinin əməkdaşı bədbəxt hadisə nəticəsində (onurğa sütununun sınması) əmək qabiliyyətini tamamilə itirib.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 63 186 manat təşkil edib. Məbləğ zərərçəkmiş şəxsə təqdim edilib.

Hazırda "Atəşgah Həyat" SŞ-yə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 20-dən artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.

Qeyd edək ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunu 2010-cu ilin dekabrından tətbiq olunmağa başlayıb.

"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

Xəbər lenti

Xəbər lenti