...

Bakı metropoliteni dərin özüllü stansiyalarda ekskalatorları dəyişdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 12:01 (UTC +04:00)
Bakı Metropoliteni mərhələli şəkildə dərin özüllü stansiyalarda eskalatorları daha müasir eskalatorlarla əvəz edəcək.
Bakı metropoliteni dərin özüllü stansiyalarda ekskalatorları dəyişdirəcək

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni mərhələli şəkildə dərin özüllü stansiyalarda eskalatorları daha müasir eskalatorlarla əvəz edəcək. Bu barədə cümə günü Trend-ə Bakı Metropoliteni rəisinin köməkçisi Məmməd Bayramov bildirib.

Onun sözlərinə görə, sovet istehsalı olan köhnə eskalatorların əvəz edilməsi prosesinə artıq başlanılıb. Həmçinin metronun "İçərişəhər" stansiyasında bu iş artıq həyata keçirilib.

"Yeni stansiyalar tikilərkən onlarda müasir eskalatorlar quraşdırılır", - o qeyd edib.

Bayramovun sözlərinə görə, iyunun 10-dan "28 May" stansiyasının əsas çıxışı yenidənqurma işlərinin aparılması ilə əlaqədar bağlanır. Stansiyada eskalatorların yeniləri ilə əvəz edilməsi ilə yanaşı, onların sayı 3-dən 4-ə qədər artırılacaq.

O, eskalatorlarının dəyişdirilməsi zəruri olan digər dərin özüllü stansiyalardan "Sahil", "Elmlər Akademiyası", "Nizami" və "Xətai"nin adlarını çəkib.

"Stansiyalarda eskalatorların dəyişdirilməsi mərhələli aparılacaq", - Bayramov qeyd edib.

Xəbər lenti

Xəbər lenti