...

Azərbaycan daşınmaz əmlakın idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 14:37 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Gəncə şəhərində "Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi" mövzusunda seminar keçirilib.
Azərbaycan daşınmaz əmlakın idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Gəncə şəhərində "Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi" mövzusunda seminar keçirilib.

Dövlət omitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Seminarda komitənin Mərkəzi Aparatının, müvafiq regionda fəaliyyət göstərən ərazi qurumlarının əməkdaşları, GIZ-in layihə rəhbəri Vulf Şimider və almaniyalı ekspert Manfred Lanqe iştirak ediblər.

Xarici ekspertlər çıxış edərək Almaniyada və digər Avropa ölkələrində daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri sahəsində beynəlxalq təcrübə barədə ətraflı məlumat veriblər. Eyni zamanda, dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun dünya praktikasına əsasən həyata keçirilməsi məsələləri açıqlanıbr. Tədbirdə dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr və onların tətbiqi qaydaları şərh edilib.

Seminarda daşınmaz əmlakının idarə edilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə qarşılıqlı diskusiyalar aparılıb.

Tədbirlərin sonunda iştirakçılara sertifikatlar verilib.

Xəbər lenti

Xəbər lenti