...

Azərbaycan bankı “DəmirBank”da əhalinin əmanətləri dörddə bir dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2012 13:14 (UTC +04:00)
"DəmirBank"ın aktivləri 1 iyul 2012-ci il tarixinə 403,8 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 69,5 mln. manat və ya 20,8 faiz çoxdur.
Azərbaycan bankı “DəmirBank”da əhalinin əmanətləri dörddə bir dəfədən çox artıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

"DəmirBank"ın aktivləri 1 iyul 2012-ci il tarixinə 403,8 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 69,5 mln. manat və ya 20,8 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 34 mln. manat və ya 14 faiz artaraq 278,4 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2012-ci il tarixinə 163,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyul 2012-ci il tarixinə 117,2 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 26,1 faiz və ya 24,2 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 iyul 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 51,5 mln. manat olub.

Ölkənin ilk və aparıcı banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" Fitch Ratings və Planet Rating agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Xəbər lenti

Xəbər lenti