...

Azərbaycan və Macarıstan hökumətlərarası komissiyanın iclasının tarixini müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 14:14 (UTC +04:00)
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının nəvbəti (sayca üçüncü) iclası oktybarın 8-9-da Budapeştdə keçiriləcək.
Azərbaycan və Macarıstan hökumətlərarası komissiyanın iclasının tarixini müəyyənləşdiriblər

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Axundov/

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının nəvbəti (sayca üçüncü) iclası oktybarın 8-9-da Budapeştdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bakıda Macarıstanın dövlət katibi, birgə hökumətlərarası komissiyanın həmsədri Peter Siyarto bildirib.

"Hökumətlərarası komissiyanın iclası zamanı tikinti, kənd təsərrüfatı, turizm və s. sahələrdə daha çox maraq doğuran qarşılıqlı əməkdaşlıq məsələləri üzrə konkret layihələr və təkliflər müzakirə ediləcək", - Siyarto deyib.

Onun sözlərinə görə, birgə komissiyanın iclasının tarixi bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşdən sonra razılaşdırılıb.

Görüşdə Azərbaycan tərəfindən komissiyanın həmsədri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu və yüksək səviyyədə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin indiki vəziyyəti, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri və investisiya qoyuluşları imkanları müzakirə olunub.

Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçirməyi planlaşdırır.

Bu, Siyartonun dövlət katibi və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının həmsədri vəzifəsində ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti