...

Azərbaycan Dövlət Şəhərsalma Komitəsi yarım il ərzində 13 layihəni bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2012 13:27 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin I yarısında 13 layihəyə müsbət rəy verib.
Azərbaycan Dövlət Şəhərsalma Komitəsi yarım il ərzində 13 layihəni bəyənib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin I yarısında 13 layihəyə müsbət rəy verib. Trend-in məlumatına görə, bu barədə komitənin dünən yaydığı məlumatda deyilir.

"2012-ci ilin birinci yarısında 24 obyektin arexitektura və planlaşdırma qərarları üzrə rəy verilməsinə dair müraciət daxil olub", - məlumatda deyilir.

Təklif olunan layihələrin öyrənilməsindən sonra onlardan 13-ü müsbət rəy alıb, 11-i geri qaytarılıb.

Komitə birinci yarımildə 11 hüquqi və 2 fiziki şəxsə binaların və qurğuların layihələndirilməsi üzrə fəaliyyətlə bağlı xususi lisenziyalar verib.

Hesabat dövründə Dövlət Komitəsi ölkənin bəzi regionlarında yoxlamalar aparıb, nəticədə yerli arxitektura xidmətlərinə göstərişlər verib.

"Bundan əlavə, Komitə yoxlamalar nəticəsində Yevlax və Mingəçevir şəhərlərinin baş arxitektorlarının şəhərsalma fəaliyyətində inzibati pozuntular aşkar edib və onlardan hər birinə 1500 manat məbləğində cərimə tətbiq edib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti