...

Azərbaycan şirkəti Tbilisidə yeni rayon tikir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2012 20:22 (UTC +04:00)
Tbilisidə "Dirsiçala" adlı yeni rayonun tikintisinə başlanılır. Trend-in məlumatına görə, rayonu Kürün sahilində Azərbaycanın "AS Group Investment" şirkəti inşa edəcək.
Azərbaycan şirkəti Tbilisidə yeni rayon tikir

Gürcüstan, Tbilisi, 24 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə "Dirsiçala" adlı yeni rayonun tikintisinə başlanılır. Trend-in məlumatına görə, rayonu Kürün sahilində Azərbaycanın "AS Group Investment" şirkəti inşa edəcək.

Tikinti işlərində 2 minə yaxın insan çalışacaq, kompleks istismara verildikdən sonra isə burada 1500 Tbilisi sakini işləyəcək.

Ərazidə ictimai-işgüzar tikililər, istirahət zonaları, uşaq və idman meydançaları, ticarət və əyləncə mərkəzləri olacaq. Komleksdə həmçinin iki məktəb və eyni sayda uşaq bağçasının tikintisi nəzərdə tutulub.

Mənzillər istismara tam yararlı vəziyyətdə - sanitariya texnikası, mətbəx, telefon və internetlə bərabər satılacaq. Mənzil almaq istəyənlər 8 faizlik ipoteka kreditindən yararlana biləcəklər.

Tbilisi meri Qiqi Uqulava bu gün tikinti işlərinin gedişatı ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti