...

"Azərbaycan Dəmir Yolları" sərnişinlərin daşınması üçün zəruri tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 10:06 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC elektrik enerjisi ilə bağlı yaranan problem səbəbindən qatarların teplovozlarla daşınmasına başlayıb.
"Azərbaycan Dəmir Yolları" sərnişinlərin daşınması üçün zəruri tədbirlər görür

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC elektrik enerjisi ilə bağlı yaranan problem səbəbindən qatarların teplovozlarla daşınmasına başlayıb. Bu barədə cümə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, səhər saatlarında Astara-Bakı qatarı paytaxta gəlib.

"Lakin elektrik enerjisinin verilməsində yaranan problem səbəbindən biz qatarların teplovozlarla daşınmasına başlamışıq", - Əzməmmədov qeyd edib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, qatarların teplovozlarla daşınması hər iki istiqamətdə (paytaxta və paytaxtdan) həyata keçirilir.

Problemə baxmayaraq, QSC sərnişinlərin daşınması üçün zəruri tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti