...

"Azərbaycan Dəmir Yolları" QSC-nin gəlirləri yanvar-sentyabrda 200 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 14:03 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin gəlirlərinin ümumi həcmi 166,1 milyon manat təşkil edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin gəlirləri yanvar-sentyabrda 200 milyon dolları ötüb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

Cari ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin gəlirlərinin ümumi həcmi 166,1 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC-nin sədri Arif Əsgərovun "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə bildirilir ki, əldə edilən gəlirlərin ümumi həcmindən 154,8 milyon manat yük daşımalarının, qalan 11,3 milyon manat isə sərnişin daşımalarının payına düşür.

Əsgərovun sözlərinə görə, 9 ayın yekununa əsasən, QSC-nin xərcləri 158,8 milyon manat, gəlirləri isə 7,3 milyon manat təşkil edib.

Xərclərin ümumi həcmindən 51 milyon manat işçilərin məvaciblərinin ödənilməsinə, 10,5 milyon manat Sosial Müdafiə Fonduna, 3,3 milyon manat müxtəlif vergilər formasında ölkənin dövlət büdcəsinə, 27,6 milyon manat elektrik enerjisi, yanacaq və sudan istifadəyə görə ödənişlərə, 31,6 milyon manat isə müxtəlif materialların alınmasına ayrılıb.

QSC ümumilikdə yanvar-sentyabr aylarında 17,1 milyon ton yük daşıyıb, onlardan 3,6 milyon tonu daxili daşımalarının payına düşüb. 2,9 milyon manat ixrac edilən yüklərin, 4,8 milyon manat idxal olunan yüklərin, 5,7 milyon manat isə tranzit yüklərinin payına düşüb.

9 ay ərzində QSC-nin sərnişin daşımaları 2 milyon insan təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti