...

Azərbaycan gömrük sahəsində digər ölkələrlə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2012 13:23 (UTC +04:00)
Azərbaycan və Fransa gömrük sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Azərbaycan gömrük sahəsində digər ölkələrlə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan və Fransa gömrük sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə Trend Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi saytına istinadən məlumat verir.

Əməkdaşlıq məsələləri DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Azərbaycanda son illər aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini konkret faktlarla dilə gətirən Aydın Əliyev Azərbaycan-Fransa iqtisadi əməkdaşlığından da danışıb, iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını və bu müsbət tendensiyanın davamlılığının təmin edilməsinin vacibliyinə toxunub.

Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna yönəltdiyi sərmayələrin iqtisadi-ticari münasibətlərə müsbət təsirindən danışan DGK sədri bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əlaqələrindən söhbət açıb.

İki ölkənin müvafiq qurumlarının kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlığını yüksək qiymətləndirən Komitə sədri mövcud münasibətlərin daha da genişləndirilməsindən, qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərdən, ticarət dövriyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıqla danışan fransalı diplomat bütün sahələrdə, o cumlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

Aydın Əliyev, həmçinin gömrük fəaliyyəti sahəsində əməkdaşlıq perspektivlərini İsrailin Azərbaycandakı səfiri Rafael Harpazla oktyabrın 22-də baş tutan görüş çərçivəsində müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti