...

Azərbaycan və Ukrayna bir sıra istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2012 16:00 (UTC +04:00)
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası 2012-ci ilin sonunda Kiyevdə keçiriləcək.
Azərbaycan və Ukrayna bir sıra istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir H.Vəliyev/

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası 2012-ci ilin sonunda Kiyevdə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Səfirin sözlərinə görə, Ukraynada Ali Radaya keçirilmiş seçkilər hökumətlərarası komissiyanın iş qrafikinə təsir etməyib. İş qrafiki razılaşdırılmış qaydada keçiriləcək.

"Hazırda hökumətlərarası komissiyanın iclasının gündəliyinin hazırlanması üzrə işlər aparılır. Nümayəndə heyətlərinin tərkibini müəyyənləşdirmək, 6-7 istiqamət üzrə nəzərdən keçirilməli olan sənədlər hazırlamaq lazımdır", - Mişenko deyib.

"Qarşıdakı iclas zamanı enerji, tikinti və hərbi-texniki sahələrdə əməkdaşlığa böyük diqqət ayrılacaq", - səfir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti